media-inshot_20250604_185200760

Gəncə şəhərində bir neçə vətəndaşı işə düzəltmək və təqaüdlərin bərpası vədi ilə aldadan şəxsə məhkəmə hökmü oxunub.

Patrulaz.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən Elşad adlı şəxs zərərçəkmişlərdən birini Gəncə Şəhər Nizami Rayon Məhkəməsində operator vəzifəsinə düzəldəcəyini deyərək ondan 4500 manat pul alıb. Eyni sxemlə o, daha 9 nəfəri də aldadaraq ümumilikdə 38 050 manat pul mənimsəyib.

İttiham aktında qeyd olunur ki, Elşad heç bir vədini yerinə yetirməyib. Aldadıldığını anlayan vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Elşad saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən  və 178.2.4-cü xeyli miqdarda ziyan vurmaqla maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi Gəncə Şəhər Məhkəməsində araşdırılıb və məhkəmənin hökmü ilə Elşad verilmiş ittihamlar üzrə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib. Həbsdə saxlanıldığı 4 ay 16 gün cəza müddətindən çıxılaraq onun üzərində 2 il 1 ay 14 gün həbs cəzası qalıb.


Bənzər xəbərlər