Göyçayda əməliyyat: Narkotik alverçisinin evindən “Kalaşnikov” çıxdı - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə “Kalaşnikov” markalı avtomat və 126 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






