media-inshot_20260222_000000119

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində dəmir yoluna yaxın tikilmiş evlərin söküləcəyi ilə bağlı iddialar yayılıb. Sakinlər yaşayış sahəsinin plana düşəcəyini bildirirlər.

Patrul.az xəbər verir ki, ərazidə yaşayan vətəndaşlar evlərin hansı tarixdə və hansı şərtlərlə söküləcəyi barədə rəsmi məlumat almadıqlarını deyiblər. Onların sözlərinə görə, məsələ ilə bağlı qeyri-müəyyənlik narahatlıq yaradır.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, hazırda qeyd olunan ərazi üzrə layihələndirmə işləri aparılır. Qurumdan söküntü ilə bağlı konkret tarix və mexanizm barədə əlavə məlumat verilməyib.

Ətraflı məlumat Xezerxeber.az-ın videomaterialında təqdim olunub.


Bənzər xəbərlər