“İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir - YENİLƏNİR
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum keçirilir.
Patrulaz.az xəbər verir ki, Foruma bir çox media subyektləri dəvət olunmuş, o cümlədən tədbirin açılış nitqini edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forumun dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, Forum “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrasturukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyalarla davam edəcək.