İlon Maskın paylaşımında Azərbaycan bayrağı yer alıb
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask Azərbaycana dair maraqlı paylaşım edib.
Patrulaz.az xəbər verir ki, Maskın paylaşımı ona məxsus olan “X” sosial şəbəkəsinin Azərbaycanda xəbər məqsədilə ən çox istifadə olunan tətbiq olması ilə bağlıdır.
Belə ki, 1,2 milyon izləyicisi olan “Tesla Owners Silicon Valley” səhifəsi bu barədə məlumat yayıb və İlon Mask həmin paylaşımı öz səhifəsində yenidən bölüşüb.
O, paylaşımına “Azərbaycan” sözünü və ölkəmizin bayrağını da əlavə edib.
Qeyd edək ki, milyarder “X” tətbiqinin yüklənmə sayına görə lider olduğu Kanada, Böyük Britaniya və digər ölkələrlə bağlı da oxşar paylaşımlar edib.






