media-f12a24d5-72d1-4f53-b01c-218cc9a8fc7b

“Kiberhücumlarda insan faktoru böyük rol oynayır”.

Patrulaz.az xəbər verir ki, bu sözləri Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX), eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə təşkil etdiyi “Media subyektləri üçün kibertəhlükəsizlik” mövzusunda keçirilən təlim və seminar zamanı deyib.

Təlimçi insan faktoru ilə baş verən kiberhücumları azaltmaq üçün atılan mühüm addımlardan ən vacib olanları qeyd edib: “Kiberhücumların bir çoxunda insan faktoru böyük rol oynayır. Ona görə də insan faktoru il baş verən kiberhücumları azaltmaq heç vaxt mümkün olmayacaq. Amma bunun üçün müəyyən addımlar atılır. Burada “zero trust” yəni, “0 güvən” anlayışı var. Yəni əgər bir insan faktoru varsa, onun əlində olan addımlar minumuma endirilir. Misal olaraq, səhifəni admin hesabı ilə istifadə etməmək buraya aiddir. Yəni, kontenti paylaşa biləcəyimiz səviyyədə imtiyazlar verilməlidir. Ən önəmli məsələ insan faktorunu minumuma endirmək üçün müntəzəm olaraq simulyasiyalar həyata keçirilməlidir. Bu da insanların kiberhücumlara olan dayanıqlığını müəyyən qədər yüksək səviyyəyə qaldırır. Yenə də bu zaman insan faktoru ortadan qalxmayacaq, amma bunun qarşını müəyyən dərəcədə azalmış olacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər