media-img-20260108-wa0092-1

Son dövrlərdə paytaxt və digər böyük şəhərlərdə velosiped istifadəçilərinin sayı artıb. Bununla yanaşı, bəzi velosipedçilər yol hərəkəti qaydalarını, xüsusilə işıqforun tələblərini pozaraq həm özlərini, həm də digər yol iştirakçılarını riskə atır.

İşıqforun tələblərini pozan velosipedçiləri hansı cərimələr gözləyir?

Bu barədə vəkil Asim Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, velosipedçilər də yol hərəkəti qaydalarına əməl etməli olan nəqliyyat vasitəsi sürücüləridir:

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi bütün hərəkət iştirakçıları, o cümlədən velosipedçilər üçün məcburidir. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən, onun sürücüləri də yol hərəkəti qaydalarına əməl etməlidirlər. Velosipedçinin hüquqi statusu “Yol hərəkəti haqqında” Qanuna əsasən tənzimlənir. Velosiped əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir”.

media-inshot_20260108_164921461

Vəkilin sözlərinə görə, velosipedçilər işıqfor və ya nizamlayıcı siqnallarına əməl etmədikdə 40 manat cərimə olunurlar:

“Velosipedçi velosipedi idarə edən şəxsdir. Velosipedçi isə yol hərəkətinin tamhüquqlu iştirakçısıdır və işıqforun siqnallarına riayət etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin 4-cü bəndinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə görə qırx manat məbləğində cərimə edilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər