“Kazino kralı”nın sağ əli həbs olundu - FOTOLAR
Qumar biznesi ilə bağlı qalmaqallı cinayət işi üzrə axtarışda olan şəxs nəhayət ədalət qarşısına çıxarılıb.
Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, “kazino kralı” kimi tanınan Şəkili Yusifin yaxın adamı“Əhmədli Pərviz” ləqəbi ilə tanınan Pərviz Abgül oğlu Məmmədov saxlanılıb.
Bildirilir ki, o, istintaqdan yayınmaqla cinayət məsuliyyətindən boyun qaçırmağa çalışıb. Dörd ay ərzində gizlənən Məmmədov, nəhayət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub və istintaqa cəlb olunub.
Məsələ ilə bağlı rəsmi qurumlardan biri bildirib: “Cinayət törətmiş şəxslərin məsuliyyətdən yayınmasına imkan verilməyəcək. İstintaq hərtərəfli şəkildə davam etdirilir”.
Qeyd edək ki, “kazino kralı” kimi tanınan Yusifin şəbəkəsinin ifşası son zamanlar qeyri-qanuni qumar fəaliyyəti ilə bağlı aparılan genişmiqyaslı əməliyyatların bir hissəsidir.







