Keçmiş məhkum 10 kq narkotiklə tutuldu - VİDEO
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Patrul.az xəbər verir ki, son olaraq paytaxtın Qaradağ rayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb. Onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.






