Klinika sahibinin qətl törədən oğlu bəzi günlərini azadlıqda keçirəcək
“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib.
Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 6 il əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilən Həsən Rahimli məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Yerli məhkəmə qərar qəbul edərək məhkuma təyin edilmiş cəzanın 3/2 hissəsinin çəkilməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmasını nəzərə alıb. Bu əsaslarla, cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilib.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların müəyyən günlərdə müəssisədən kənara çıxmaq hüquqları var. Şərtlərə əməl edildiyi halda isə məhkum faktiki olaraq vaxtının böyük hissəsini müəssisədən kənarda keçirə bilir.






