Lənkəran–Lerik yolunda qar təmizləmə işləri aparılır - VİDEO
“Lənkəran–Lerik avtomobil yolunda yağan qarın yolun hərəkət hissəsindən təmizlənməsi istiqamətində işlər davam etdirilir”.
Patrul.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
Bildirilib ki, yolun açıq saxlanılması məqsədilə əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub.
Məlumata görə, buzlaşma hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülür, nəticədə nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilir.






