media-inshot_20260406_212241664

Aprelin 4-5-də aramsız yağan leysan yağışları və çaylarda əmələ gələn sel suları Nabran turizm zonasında ciddi fəsadlar törədib.

Patrul.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi zərər görüb.

Nabran kəndində sel suları evlərin həyətyanı sahələrinə, turizm obyektlərə və kənd yollarına xeyli ziyan vurub.

Fəsadların operativ şəkildə aradan qaldırılması, zərərçəkmiş sakinlərə lazımi köməkliyin göstərilməsi və aidiyyəti tədbirlərin görülməsi məqsədilə Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə, eləcə də müvafiq xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rayon ərazisindən keçən çayların məcrasından çıxması nəticəsində Niyazoba kəndində də 105 evə ziyan dəyib. Güclü leysan yağışları zamanı sel sularının digər yaşayış evlərinə zərər vurmasının qarşısını almaq məqsədilə diametri 1500 mm olan əlavə suötürücü dəmir-beton boru quraşdırılıb, eyni zamanda, əraziyə nəqliyyat əlaqəsinin fasiləsizliyini təmin etmək üçün alternativ yol çəkilib.

Hazırda ərazidə xilasetmə, bərpa və yenidənqurma işləri davam etdirilir.

media-17754920973059722462_1200x630 media-17754920973482141371_1200x630 media-17754920971347432323_1200x630 media-1775492097556815412_1200x630 media-17754920974899355872_1200x630 media-17754920972422946449_1200x630 media-17754920974263745563_1200x630 media-662589850_1354407503379614_5145336373416882445_n


Bənzər xəbərlər