Maska, gizlənmə, pul — Planlı cinayət açıldı - VİDEO
İyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq mağazanın anbarına daxil olub və gizlənərək gecə saatlarına qədər orada gözləyib. Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34600 manat pul vəsaitini oğurlayıb.
Patrulaz.az-ın əldə etdiyi məlimata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.