media-img_8870

Milli Məclis Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını qəbul edib.

Patrulaz.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənədlər müzakirə olunub.

Layihəyə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.

Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim təyin edilməsi qərara alınıb.

Bununla bərabər, Elşad İbiş oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.

Layihələr müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.


Bənzər xəbərlər