media-hebs2-1

Moskvada kriminal rəhbəri Merab Suxumskiyə qarşı cinayət işi açılıb.

Patrulaz.az “Demokrat.az”a istinadən xəbər verir ki, Moskva hüquq-mühafizə orqanları kriminal rəhbərlərdən birinə qarşı cinayət işi açıb.

Təqsirləndirilən şəxs 1985-ci ildən Rusiyada kriminal dairələrdə qeyri-rəsmi avtoritet statusuna malik olan 64 yaşlı kişidir.  O, bir neçə dəfə məhkum olunub və hazırda xaricdə gizlənir.  Hüquq-mühafizə orqanları onun yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görür.

Onun adı “Yaponçik” və “Ded Xasan” kimi kriminal avtoritetlərin ölümündə hallanır.


Bənzər xəbərlər