Narkotik satışı ilə bağlı 2 nəfər tutuldu, 46 kq marixuana aşkarlandı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, aparılan əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadə saxlanılıblar.
Onlardan ümumilikdə *46 kiloqram* tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.






