Narkotik təsiri altında sükan arxasına keçən sürücü saxlanıldı
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Patrul.az-a verilən məlumata görə, tibbi müayinə zamanı sürücünün narkotik vasitə marixuana istifadə etdiyi məlum olub. T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.






