Ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadları aradan qaldırıb.
Patrulaz.az agentliyə istinadən xəbər verir ki, hazırda avtomobil yolunun sözügedən hissəsində sel kütləsindən qalan lil və palçığın təmizlənməsi işləri aparılır.
Xatırladaq ki, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolmuşdu.
Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşmışdı.