media-img-20250926-wa0067

Lənkəran rayonunda polis 23 yaşlı Kənan Əlizadəni təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilərək saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Patrulaz.az-a verilən məlumata görə, yaşlı sakin təqaüd kartındakı pulun oğurlandığını polisə bildirib.

Araşdırmalar zamanı məlum olub ki, K  Əlizadə təqaüdçülərin kartlarından pul çıxarmaq və terminal vasitəsilə göndərmək üçün kömək istəyən 4 nəfərin ümumilikdə 1 977 manat vəsaitini talayıb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və araşdırmalar davam edir. Zərərçəkən digər vətəndaşlar da polis orqanlarına məlumat verə bilərlər.


Bənzər xəbərlər