media-inshot_20250610_191001481

Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq ittihamı ilə şübhəli bilinən şəxs saxlanılıb.

Patrulaz.az “Manset.az”a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın, övladını guya həbsdən azad etmək adı ilə aldadılaraq 22 200 manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktı ilə əlaqədar 34 yaşlı Ramin Qəniyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər şəxslərə də gəlirli biznes qurmaq vəd edərək, biri 40 000 manat, digəri isə 6 000 ABŞ dolları olmaqla ümumilikdə 72 400 manat məbləğində vəsaiti ələ keçirib.

Faktla bağlı cinayət işi açılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq davam etdirilir.


Bənzər xəbərlər