media-nocomment_e052c8a75e517c5bbf5726f90615f9ea_w9n6v8mtakfbzjxuyo3h-640x336-1

Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də “TikTok” platformasında “ *azturan83* ”, “ *turanbank_az* ”, “ *azeturanbank* ” və “ *krediagro* ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər