media-inshot_20260310_132419464

Ağsuda dələduzluq əməlinə görə 1 nəfər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Patrul.az-a verilən məlumata görə, Ağsu RPŞ-nin keçirdiyi tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Bənzər xəbərlər