media-60c5d1dd-29a8-4617-beee-dc5c7d4943e7

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, hotellərin birində gecələyən şəxsin 23 000 manatı oğurlanıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar.

Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-f7b4dbce-4507-4bb4-b803-7c6abf63401f media-60c5d1dd-29a8-4617-beee-dc5c7d4943e7


Bənzər xəbərlər