media-inshot_20250815_164605630

Azərbaycanda pensiya hər bir vətəndaşın sosial təminat hüququnun əsas hissəsidir. Lakin bəzi hallarda insan bu hüquqdan könüllü şəkildə imtina edə bilər.

Patrulaz.az bu hallar barədə araşdırma edib.

Qanunvericiliyə görə, pensiya almaq hüququndan imtina yalnız şəxsin öz yazılı müraciəti əsasında mümkündür. Məsələn, vətəndaş müəyyən səbəblərdən əlavə gəliri olduğu üçün, işləməyə davam etmək istədiyi üçün və ya pensiya kapitalını daha uzun müddət toplamaq niyyəti ilə pensiya ödənişini dayandırmaq istəyə bilər.

Bu halda Sosial Müdafiə Fondu (DSMİ) həmin şəxsin pensiya təyinatını ləğv edir. Lakin vacib məqam odur ki, imtina edən şəxs istədiyi zaman yenidən müraciət edərək pensiyasını bərpa etdirə bilər. Yəni bu qərar daimi xarakter daşımır.

Qanun həm də nəzərdə tutur ki, pensiya hüququndan imtina zamanı ödənilən vəsaitlər geri qaytarılmır, sadəcə gələcək aylıq ödənişlər dayandırılır. Ona görə belə qərar verməzdən əvvəl həm maliyyə vəziyyəti, həm də gələcək planlar diqqətlə düşünülməlidir.

Bəzən bu addımı atan insanlar çalışdıqları müddətdə pensiya kapitalını artırmaq və gələcəkdə daha yüksək məbləğ almaq məqsədi güdürlər. Lakin ekspertlər xəbərdar edir ki, hər kəs üçün bu seçim sərfəli olmaya bilər, çünki pensiya sistemi uzunmüddətli sosial təminat mexanizmidir.

Ləman Sərraf


Bənzər xəbərlər