media-73c05c01-75d8-4c0e-8b91-39295485ad81

Bakı şəhərinin Pirşağı qəsəbəsi H.Əliyev küçəsi ev 39, Qızıl Qum ərazisində yerləşən həyətyanı sahəsində, sakinlər qanunsuz ferma fəaliyyətindən şikayətlənirlər.

Patrulaz.az-ın məlumatına görə, yaşayış üçün nəzərdə tutulmuş torpaqda 30-dan çox inək saxlanılır və bu, sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Sakinlər bildirirlər ki, heyvanların yaydığı dözülməz qoxu səbəbindən çölə çıxmaq demək olar ki, mümkün olmur.
Məsələ ilə bağlı yerli sakinlər, fermada heç bir qanuni sənədin olmadığını və bu fəaliyyətin qanunsuz olduğunu iddia edirlər.
Sakinlər bu məsələnin onların yaşamı üçün ciddi problemlər yaratdığı üçün aidiyyatı qurumlardan həlli yolu tapılmasını xahiş edirlər.

 


Bənzər xəbərlər