PUA ilə ölkə ərazisinə atılan narkotiki götürmək istəyən şəxslər saxlanılıb – VİDEO
İrandan Azərbaycana pilotsuz uçuş aparatı ilə (PUA) atılmış nark*otiki götürmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə PUA səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.