Qanunsuz fəaliyyət göstərən dönərxanaya görə nə maşınla, nə də piyada keçmək olmur - VİDEO
Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən dönərxanaların stolları və avtodayanacaq fəaliyyəti məhəllə sakinlərinin hərəkətinə maneə yaradır.
Sakinlərdən biri “Patrulaz.az-a bildirib ki, dönərxanaya müştəri gətirən avtomobillər də əlavə sıxlıq və maneələrə səbəb olur:
“Yolumuz bağlanıb. Həm piyada, həm də maşınla keçmək olmur. Dəfələrlə şikayət etsək də, nəticə yoxdur,” – deyə narazı sakin bildirib.
Məlumata görə, bu obyektlər məhəllənin giriş hissəsini tamamilə zəbt edib.
Xatırladaq ki, problem barədə İcra Hakimiyyətinə də müraciət olunub. Lakin şikayətçi sakinin sözünə görə, qurumdan
dönərxanalar qanunsuz fəaliyyət göstərsə belə, heçnə edə bilməyəcəkləri barədə cavab verilib.
Əhmədli qəsəbəsi Sarayevo 13 küçəsinin sakinləri vəziyyətin getdikcə daha da çətinləşdiyini söyləyirlər.
Qeyd edək ki, şikayətçilər polisə və aidiyyəti qurumlara müraciət edərək məsələnin həlli üçün qanunamüvafiq tədbir görülməsini xahiş edirlər.
Gülbəniz Səfərova