Qarla dolmuş Masallı–Yardımlı avtomobil yolu təmizlənir - VİDEO
Masallı–Yardımlı avtomobil yolunda yağan qarın təmizlənməsi istiqamətində işlər aparılır.
Patrul.az xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları tərəfindən yol örtüyü qardan təmizlənir, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkəti təmin edilir.
Hazırda yolun açıq saxlanılması üçün təmizləmə işləri davam etdirilir.






