media-inshot_20251006_171042364

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 yaşlı Fuad Fərhadov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Patrulaz.az-a bildirilib ki, onun üzərindən 6 kiloqram marixuana və təxminən 2 kiloqram heroin ilə metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Bənzər xəbərlər