Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb, Səbail Rayon Məhkəməsi bu iş üzrə qərar qəbul edib
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib.
Patrulaz.az xəbər verir ki, qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Məlumatı vəkil Pərviz Məmmədov öz rəsmi Facebook hesabında paylaşıb.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan ictimai-siyasi həyatında yüksək vəzifələr tutmuş, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, həmçinin Prezident Administrasiyasının keçmiş rəhbəri olub. O, eyni zamanda elmi və publisistik fəaliyyəti ilə də tanınır.
Əlavə edək ki, Ramiz Mehdiyev 87 yaşındadır.
Hazırda onun barəsində başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.






