media-4680c91f9013c696e61a16ff824ba12b_2302389

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumat Prezident.az saytında yayımlanıb.

Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar.

Söhbət zamanı həmçinin Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq və strateji mütəffiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ölkə başçıları, eyni zamanda, qarşıdakı təmaslarla bağlı məsələlərə də toxunublar.


Bənzər xəbərlər