media-7e3e9e34-8413-4aa9-8b19-2680cbdcedfb

Sabunçu rayonunda SOCAR-a məxsus neft buruqları olan ərazidə restoran tikilir.

Patrulaz.az-a verilən məlumata görə, hazırda tikinti prosesinin icrasını həyata keçirən şəxsin kimliyi hələlik məlum deyil.

Neft şirkətinə məxsus ərazidə tikilən restoran ilə neft buruqları arasındakı məsafə 50 metrə yaxındır.

Xatırladaq ki, daha əvvəl SOCAR-a məxsus ərazidə vətəndaşların 12 minə yaxın fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və müraciət əsasında evlərin sökülməsi üçün məhkəmə tərəfindən qərar qəbul edilmişdi. Lakin, buna baxmayaraq, sözügedən ərazidə tikinti işləri davam edir.

Bu, həm mülkiyyət hüquqları, həm də təhlükəsizlik qaydaları baxımından ciddi mübahisələrə yol aça bilər.

Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, ərazidə yol kənarında kanalizasiya xətti üçün nəzərdə tutulmuş qazıntı işləri zamanı çıxan torpaq və əraziyə gələn yük avtomobillərindən yerə tökülən beton parçaları Ramana qalasına gedən yolun asfalt örtüyünü yararsız vəziyyətə salıb.

media-img_3356

media-img_3355

media-img_3352

media-img_3350

media-img_3349

media-img_3348

media-img_3358

 


Bənzər xəbərlər