media-inshot_20260218_110112112

Bakının Səbail rayonu, Badamdar şosesi ərazisində yenidən torpaq sürüşməsi qeydə alınıb.

Patrul.az Xəzər TV-yə əsasən xəbər verir ki, sözügedən ərazidə bundan əvvəl də iki dəfə oxşar hadisə baş verib.

Sakinlərin sözlərinə görə, ərazidə yaşayış massivinin yerləşməsi təhlükəni daha da artırır. Onlar bildirirlər ki, mümkün sürüşmələr insanların həyatına və əmlakına ciddi risk yaradır.

Həmin yoldan mütəmadi istifadə edən sürücülər isə əvvəlki illərdə baş verən iri sürüşmə zamanı yolun bağlandığını xatırladaraq, belə halların təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsini vacib sayırlar.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən hələlik açıqlama verilməyib.

Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, quruma ərazidə sürüşmə ilə bağlı hər hansı rəsmi müraciət daxil olmayıb.


Bənzər xəbərlər