Sosial şəbəkə vasitəsilə vəd edilən “kreditlə telefon satışı” fırıldaqçılıqla nəticələnib
Bakıda sosial şəbəkə vasitəsilə vəd edilən “kreditlə telefon satışı” fırıldaqçılıqla nəticələnib.
Məlumata görə, TikTok platformasında “gold.telcom” adlı səhifə vasitəsilə bir şəxsə Samsung S25 markalı telefonun ilkin ödənişlə satıldığı bildirilib.
Zərərçəkən “Patrulaz.az”a açıqlamasında bildirib ki, onlayn şəkildə 200 AZN ilkin ödəniş edərək telefonu almaq istəyib. Lakin ödənişi etdikdən sonra qarşı tərəfin Rusiya nömrəsindən istifadə etdiyini və onu bloka atdığını anlayıb: “ABB bank hesabına pulu göndərmişdim. İndi həmin şəxsi necə tapa biləcəyimi bilmirəm,” – deyə zərərçəkən qeyd edib.
Qeyd edək ki, zərərçəkən həmçinin şəxsiyyət vəsiqəsinin fotosunu da qarşı tərəfə göndərdiyini bildirib.
Gülbəniz Səfərova