media-img_2127

Yol-nəqliyyat hadisəsi baş verdi, svetofor yararsız vəziyyətə düşüb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Patrul.az-a verilən məlumata görə, bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb, piyada svetoforuna isə zərər dəyib. İlkin ehtimala görə, qəza sürücü diqqətsizliyi səbəbindən olub.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforların yenisi ilə əvəz edilməsi işləri görülür.


Bənzər xəbərlər