Şüşələri yumaq üçün dəmir nərdivanı aparan 4 ofisiantı cərəyan vuraraq öldürüb - BİNƏQƏDİDƏ FACİƏ
Bu gün Bakının Binəqədi rayonunda 4 nəfərin həlak olduğu hadisə yerindən görüntülər yayılıb.
Patrul.az xəbər verir ki, şahidlərin APA-ya verdikləri açıqlamaya görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.
Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksəkgərginlikli naqillərə toxunub. Bu zaman cərəyan 4 nəfəri vuraraq öldürüb.






