media-inshot_20260226_220400437

BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Bu barədə Patrul.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbə sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyini iddia edirdi.


Bənzər xəbərlər