media-inshot_20250606_164646288

Tovuz rayonunda bayram günü baş verən dəhşətli hadisə bir ailənin faciəsi ilə nəticələnib.

Patrulaz.az xəbər verir ki, 31 yaşlı Kainat Namazov bacısı və anasına balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə nəticəsində onun 55 yaşlı anası Sevinc Həsənova xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Daha sonra K.Namazov yaşadıqları evi yandırıb.

İlkin məlumata əsasən, hadisəni törədən şəxsin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Kainat Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər