media-photo-output

Noyabrın 10-u Qubada toy karvanındakı qəzada ölən 23 yaşlı Şahbala Mehdiyev mühafizə şirkətində çalışırmış.

Patrul.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan gənc idarə etdiyi “VAZ 2107” markalı avtomobilin ağaca çırpılması nəticəsində həlak olub.

Bildirilib ki, hadisə yüksək sürət və manevr qaydalarının pozulması səbəbindən qeydə alınıb.

Ş.Mehdiyev hadisənin baş verdiyi gün axşam saatlarında yaşadığı Xaçmaz rayonunda dəfn edilib.

media-img_2012 media-img_2013 media-img_2014 media-img_2015


Bənzər xəbərlər