media-inshot_20250612_131807696

Ağdaş rayonunda keçirilən toy mərasimində qonaqla musiqiçilər arasında baş verən mübahisə fiziki qarşıdurmaya çevrilib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb. Toy zamanı mahnı sifarişi ilə bağlı yaranan narazılıq davaya çevrilib. Mübahisə nəticəsində 1961-ci il təvəllüdlü Namis Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı tibbi ekspertiza təyin olunub.

Məlumata əsasən, N.Hüseynov 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblının üzvü, 1987-ci il təvəllüdlü qardaşı Tural Hüseynov tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb, zərərçəkmişin xəsarəti üzrə ekspertiza təyin olunub. Əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Qeyd edək ki, faktla bağlı hazırda polis orqanında istintaq araşdırmaları davam etdirilir.


Bənzər xəbərlər