Toyda döyülən şəxs xəstəxanada öldü
Cəlilabad rayonunun Həziabad kəndində keçirilən toy mərasimində baş verən dava zamanı döyülən şəxs həyatını itirib.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, iyunun 3-də baş tutan toy zamanı 41 yaşlı Qənbər Yusubov iki qardaş tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Yusubov xəstəxanaya yerləşdirilsə də, ilkin tibbi yardımdan sonra xəstəxanada qalmaqdan imtina edib.
Səhhətində ciddi pisləşmə müşahidə olunduğundan o, bu gün yenidən tibb müəssisəsinə aparılıb, lakin orada həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.






