Türkiyə-Ermənistan münasibətləri normallaşır? - ŞƏRH
Son bir neçə ay ərzində Azərbaycanla yanaşı, qardaş Türkiyənin də Ermənistanla münasibətlərində normallaşma və müəyyən təmaslar müşahidə olunur. Buna bariz nümunə yaxın günlərdə Ermənistanda İrəvan və Ankara nümayəndələrinin baş tutacaq görüşüdür. Görüşdə xüsusən iki ölkə arasındakı əlaqələrin normallaşması məsələsi müzakirə ediləcək. Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib.
Maraqlıdır ki, iki ölkə arasındakı münasibətlərin normallaşması əsasən hansı amillərlə əlaqədardır?
Bu barədə Patrulaz.az-a politoloq Aydın Quliyev fikirlərini bölüşüb. Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasındakı münasibətlərin yumşalması Bakı və İrəvan arasındakı münasibətlərin normallaşması ilə birbaşa bağlıdır:
“Türkiyə Ermənistan münasibətlərinin normallaşma prosesi də yeni bir mərhələyə daxil olub. Təxminən 2022-ci ildə əldə olunmuş razılaşmadan sonra bu proses dayanmışdır. Tərəflər arasında sonuncu razılaşma diplomatik pasporta malik olan şəxslərin sadələşmiş rejimdə gediş-gəlişinin təmin olunması barədə idi. Düzdür, hələ buna uyğun ciddi addımıar atılmasa da, hər halda razılaşma mövcud idi. Bu günlərdə isə gözlənilən yeni görüşün keçirilməsi ilə bağlı danışıqlar aparılır. Ehtimal ki, yeni görüşdə Türkiyə-Ermənistan sərhədlərində keçidlərin texniki olaraq tənzimlənməsi, dəmir yolunun lazımi istismar səviyyəsinə gətirib çıxarmaq üçün texniki imkanlar və s. müzakirə olunması nəzərdə tutulur”.
A.Quliyev bildirir ki, Ermənistan özü də Azərbaycanla münasibətlərin normallaşmasına maraqlıdır. Ona görə ki, əgər Bakı-İrəvan münasibətləri pozularsa, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması məsələsi də yarımçıq qalacaq:
“Eyni zamanda, avqust ayının 8-də ABŞ-də imzalanmış Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması razıllaşmasından sonra Türkiyə-Ermənistan münasibətlərində də müəyyən dəyişliklərin olması təbii təzahürdür. Ankara hökuməti bu istiqamətdə siyasətini sinxron şəkildə aparır. Yəqin ki, Bakı-İrəvan münasibətləri normallaşdıca, Ankara-Ermənistanla münasibətlərdə bəzi intnişmələr hiss oluna bilər. Bütün hallarda dəyişməz və çox əhəmiyyətli nüans budur ki, Türkiyə sərhədlərin açılması məsələsini Azərbaycanla tam koordinasiya şəraitində aparır və bununla bağlı mövqeyini də dəyişmir. Ermənistan hökuməti də yaxşı bilir ki, ölkəmizlə münasibətlərində normallaşma olmadığı təqdirdə Türkiyə-Ermənistan sərhədinin açılmasının heç bir perspektivi ola bilməz. Buna görə də, hazırki şəraitdə sərhədlər üzrə kommisiyaların və işçi qrupların yenidən görüşü ilə bağlı razılaşmanın əldə olunmasını hələlik tərəfələr arasında nisbi bir irəlilləşin əlaməti kimi qəbul etmək olar. Amma hələlik konktet və fundamental razılaşmalardan söhbət getmir. Çünki Türkiyə Ermənistan arasındakı münasibətlərdəki normallaşma bir başa Bakı-İrəvan arasında razılaşmadan asılıdır”.
Gülbəniz Səfərova






