media-img_4300

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.

Patrulaz.az xəbər verir ki, bəyanatda deyilir:

“Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib”


Bənzər xəbərlər