media-img-20260108-wa0009-1

Abşeron rayonu Xırdalan şəhərində yaşayan sakinlərin evinə qazın zəif verilməsi narazılığa səbəb olub.

Patrul.az-a İlham Cəfər küçəsində yaşayan sakinlərdən birinin verdiyi məlumata görə, artıq bir neçə müddətdir evlərinə qaz çox az təzyiqlə buraxılır.

Onun sözlərinə görə, yaşadıqları mənzildə kombi sistemi yoxdur və yalnız qaz plitəsinin bir gözü yanır. Evdə uşaq və yaşlı şəxsin yaşaması vəziyyəti daha da çətinləşdirir.

Görüntülərdən də aydın olur ki, qazın təzyiqi olduqca zəifdir. Bu səbəbdən sakinlər evi isitmək üçün qızdırıcıdan istifadə etməyə məcbur qalırlar.

Evlərin soyuq olması və yeməklərin normal bişirilməməsindən şikayət edən vətəndaş aidiyyəti qurumlardan sözügedən ərazinin normal qazla təmin olunmasını xahiş edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər