media-img_2970

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Patrulaz.az-ın məlumatına görə, Yasamal RPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 33 yaşlı C.Hüseynli saxlanılıb. Ondan 1 kiloqramdan çox heroin, həmçinin psixotrop maddə metamfetamin, tiryək və narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Bundan başqa, rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 36 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.


Bənzər xəbərlər