media-img_3604

Yasamal rayonu Mirəli Qasımov 19 A ünvanında saat 19: 30 radələrində FHN-nin 112 qaynar xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Patrul.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizəetmə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov deyib.

“Məlumat əsasında FHN-nin Dövlət Yanğından Xilasetmə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi hadisə yerinə cəlb olunmuşdur. Yanğın hazırda tam söndürülüb. İnsanlar təxliyə edilib, mənzillər mühafizə olunub”, – o bildirib.

Nazirlik rəsmisi yanğının elektrik şaxtasında baş verdiyini bildirib.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.

“Report”un əldə etdiyi ilkin məlumata görə, yanğın nəticəsində ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Mənzillər yanğından mühafizə olunub.


Bənzər xəbərlər