media-inshot_20260704_204519320

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini 1959-cu il təvəllüdlü R.Məmmədovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır


Bənzər xəbərlər