media-0fc1cb2c-e029-4d92-a86e-cbbbab300894

Dünyada müşahidə olunan narahatedici hallardan biri də yeniyetmələr arasında kriminal aləmə meylin artmasıdır. Bunun son nümunəsi axşam saatlarında “Hyundai” markalı avtomobili idarə edən 16 yaşlı bir yeniyetmənin görüntüləri və onun ad günü tortunun üzərində kriminal aləmi simvolizə edən işarələrin olmasıdır.
Patrulaz.az-ın məlumatına görə, yaşı qanuni sürücülük tələblərinə cavab verməyən bir yeniyetmənin belə bir riskə yol verməsi həm onun, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Digər tərəfdən, həmin şəxsin doğum günü tortunun üzərində kriminal aləmlə əlaqəli simvolların olması, yeniyetmələrin düşüncə və dəyərlərində hansısa neqativ tendensiyaların formalaşdığını göstərir. Kriminal aləmdə cinayətkarların qəhrəman kimi təqdim olunması və bu cür simvolikaların gənclər arasında yayılması cəmiyyətin gələcəyi üçün təhlükəli bir siqnaldır.
Məsul qurumlar və hüquq-mühafizə orqanları bu cür hallara qarşı daha sərt tədbirlər görməli, təhsil müəssisələri və ailələr isə yeniyetmələrin düzgün istiqamətləndirilməsi üçün maarifləndirmə işlərini gücləndirməlidir. Əks halda, bu cür hadisələrin davamlı hal alması gələcək nəsillərin mənəvi aşınması ilə nəticələnə bilər.


Bənzər xəbərlər