media-inshot_20260318_122859147

23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib.   

Patrul.az xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 17-si Azərbaycan vətəndaşı olan 23 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Xatırladaq ki, ötən ay da 9 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilmişdi.


Bənzər xəbərlər