media-vifiiiiiiiiiiiiiiiiiii

Bəzən bəzi şəxslər internetə görə ödəniş etməmək və ya siqnalın əlçatan olmasından istifadə edərək qonşunun Wi-Fi şəbəkəsinə icazəsiz qoşulur. Hətta elə hallar olur ki, insanlar siqnal tutmaq üçün qonşunun qapısı qarşısında və ya blokda internetdən istifadə edirlər. Bəs bu cür hərəkətlər qanunvericilik baxımından necə qiymətləndirilir? İcazəsiz Wi-Fi istifadəsinə görə hansı hüquqi məsuliyyət yarana bilər?

Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, qonşunun Wi-Fi şəbəkəsinə icazəsiz qoşulmaq mülkiyyət hüququnun pozulması və qanunvericiliyə zidd hərəkət hesab olunur:

“Qonşunun Wi-Fi şəbəkəsinə icazəsiz müdaxilə və ondan qanunsuz istifadə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, xüsusilə Mülki Məcəllənin mülkiyyət hüququnun toxunulmazlığı və əsassız varlanma institutlarına zidd olan hüquqazidd əməldir. Mülkiyyətçi öz əmlakından, o cümlədən telekommunikasiya resurslarından istifadə hüququnu müstəsna olaraq özü həyata keçirir, üçüncü şəxsin bu şəbəkəyə icazəsiz daxil olması isə mülkiyyət hüququnun pozulması ilə yanaşı, internet provayderinə ödənilən abunə haqqı müqabilində əldə olunan xidmətin qarşılıqsız mənimsənilməsi deməkdir”.

media-whatsapp-image-2026-07-03-at-14-08-55

Vəkil qeyd edir ki,zərər yaranarsa, mülkiyyətçi onun ödənilməsini tələb edə bilər:

“Bu əməl nəticəsində mülkiyyətçiyə dəyən zərər, o cümlədən trafik limitinin tükənməsi və ya xidmət keyfiyyətinin azalması, zərərçəkənə Mülki Məcəllənin 21-ci və 1098-ci maddələrinə əsasən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ verir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər